RASİM MƏMMƏDOVA HÖKM OXUNDU - Ağır cəza kəsildi
Dekabr 28
17:04
2022
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda göstərilib ki, "Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.
Xatırladaq ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin şəriki hesab olunan Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.
Rasim Məmmədovun həbsinə səbəb olan ilk şikayəti də Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyev və kürəkəni, eks-deputat İlham Əliyev ediblər. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pullarının dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia edirlər.



