"Real" MTK-nın rəhbəri İlham Qasımov sürücüsünün maaşını vermir - ŞİKAYƏT
Noyabr 14
17:50
2025
"Real” Mənzil-Tikinti Kooperativinin təsisçisi və rəhbəri İlham Qasımovdan şikayət var.
Bu barədə "Unikal”a İ.Qasımovun sürücüsü Əliyev Elşən Ağamirzə oğlu məlumat verib. O bildirib ki, 1 il 2 ay ərzində İlham Qasımovun sürücüsü işləyib:
"Əməkhaqqım 800 manat müəyyənləşmişdi. Danışıq üçün əlavə pul da verməli idi. Buna baxmayaraq, İlham Qasımov 14 ay ərzində mənə cəmi 1000 manata yaxın pul verdi. Onu da hissə-hissə vermişdi.
Hazırda mənə ümumilikdə 8 min manatdan çox borcu var. İşdən çıxdıqdan sonra əlaqə saxlasam da, əməkhaqqımı verməkdən boyun qaçırdı”, - deyə şikayətçi qeyd edib.
Qlobal.az



