"Rembo" Ziya Məmmədovun oğlunun dostuna "yox" dedi
Dekabr 19
19:15
2016
Silvestr Stallone Donald Trampın təklifini qəbul etməyib.
Ölkə.Az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Hollivud ulduzu Silvestr Stalloneyə Milli incəsənət fondunun rəhbərliyi postunu təklif etmişdi. Amma 70 yaşlı aktyor bu təklifi qəbul etməyib. Aktyor təklifdən məmnun olduğunu amma ictimai fəaliyyətlə məşğul olmağı daha üstün tutduğunu bildirib.
Aktyor deyib: "Düşünürəm ki,cəmiyyətin fikrini hərbi xidməti başa vurub geri qayıdan hərbçilərə yönəltməklə daha çox xeyir verə bilərəm. Bu hərbçilərin layiq olduqları yaxşı iş və ev şəraiti ilə, maliyyə dəstəyi ilə təmin edilməsinə çalışmaq lazımdır".
Qeyd edək ki, ABŞ-ın milli incəsənət fondu dövlət qrantlarının ayrılması ilə məşğul olur.



