Rəsmi Bakı Qətərə hücumdan narahatdır
 
							Sentyabr 10
									
										01:50
										2025
									
								
									
									
									
									
									
									
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.
 
									
									
							
									
								
								
  
							 
						Nazirliyin "X" hesabında paylaşılan məlumatda deyilir: 
"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq".
									
								
									
 
				 
				 
				 
				 
				 
				

