Rəsmi Belqrad: Aİ Vuçiçi devirmək üçün layihə hazırlayıb

Aprel 09
23:19
2025
Avropa İttifaqı Qərb kəşfiyyat orqanlarının dəstəyi ilə Serbiya prezidenti Aleksandr Vuçiçi devirmək üçün layihə hazırlayıb.
HİT.az xəbər verir ki, bu barədə TASS-a Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin məlumat verib.
"Belqrad küçələrində hökumətimi devirmək cəhdi narazıların etirazı deyil, Qərb kəşfiyyat xidmətlərinin fəal işi və Brüssel administrasiyasının prezident Vuçiçi əvəz etmək üçün siyasi layihəsidir", deyə o vurğulayıb.
Vulinin sözlərinə görə, Brüssel Serbiyada "Aİ dəyərlərini paylaşan" hökuməti hakimiyyətə gətirmək istəyir. Söhbət Kosovonun tanınması və Rusiyaya qarşı sanksiyaların tətbiqindən gedir.