“Reuters” Türkiyənin yeni baş naziri olacaq şəxsin adını açıqladı - Bəkir Bozdağ
May 06
12:31
2016
"Reuters” agentliyi yazır ki, Ərdoğan MHP və HDP-nin seçki baryerini keçə bilməməsi ehtimalına ümid edərək, prezident idarəçiliyi sistemi üçün erkən seçkiyə gedə bilər.
Avropa.info xəbər verir ki, AKP rəsmiləri və siyasi təhlilçilər baş nazir Davudoğlu ilə dünən keçirilən görüşdən sonra partiyanın bu ay içərisində erkən seçki qərarı verə biləcəklərini deyiblər. MHP və HDP-nin seçki baryerini keçə bilməyəcəyi ehtimalı nəzərə alınarsa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün prezident idarəçiliyi sisteminin yolu açılacaq.
Bu müddət ərzində MHP-nin hansı partiya sədri ilə siyasətə davam edə biləcəyi də kritik detallardan biridir. Hakim partiyanın siyasi ekspertləri Ərdoğanın prezident idarəçiliyi sistemini gecikmədən həyata keçirmək istədiyini, konstitusiya dəyişikliyinə getmək üçün 367 deputat yerini qazanmaq istədiyini bildirirlər.
Keçən il 1 noyabrda keçirilən seçkilərdə AKP 49,5% səslə təkbaşına iqtidar olmağı bacarmışdı. Normal şərtlərdə növbəti seçki 2019-cu ilin noyabrında baş tutacaq.
"Ərdoğan ondan gözləniləndən daha sərt addım atdı. Bu keçid müddətində sədr dəyişikliyi ola bilərdi, amma tərcih etmədi. Artıq prezidentlik idarəçiliyi sistemini gətirəcək konstitusiya dəyişikliyi üçün Ərdoğan bütün imkanlardan istifadə edəcək” - AKP-ə yaxın mənbə belə deyib.
Mənbənin dediyinə görə, HDP-nin seçki baryerini keçə bilməməsi bir yana, MHP-nin vəziyyəti çox ağırdır. Baxçalı partiya sədrliyində qalarsa, MHP seçki baryerini keçə bilməyəcək. Bu məqamda erkən seçki ən uyğun variantdır.
"MHP-də mövcud vəziyyət davam edərsə, ədliyyə naziri Bəkir Bozdağın AKP sədri olması halında noyabrda erkən seçki gözləyə bilərik. Ancaq bir sürpriz baş verərsə və MHP-də Meral Akşener sədrliyə keçərsə, o zaman 2019-cu ilədək seçkini gözləmək lazım olacaq” – AKP-nin rəyasət heyətinin üzvü belə deyib.

HDP-yə gəldikdə, son dövrlər Türkiyənin cənub-şərqində keçirilən əməliyyatlar və toqquşmalar üzündən partiyanın səs göstəricisi 10%-in altına düşüb.
Qlobal.az