SON XƏBƏR

Roma Papası yeni 17 kardinal təyin edib

Noyabr 20
00:25 2016
Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.

"Report” BBC-yə istinadən xəbər verir ki, onların 13-nün yaşı 80-dən az, 4-kü isə çoxdur.
Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir.

Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar.

Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook