"Rosneft"dən Venesuela şirkətinə nəhəng investisiya
Avqust 10
00:05
2017
Rusiyanın energetika şirkəti "Rosneft” Venesuelanın PDVSA (Petroleos de Venezuela) şirkətinə investisiyaları artırıb.
Axar.az xəbər verir ki, PDVSA gələcəkdə xam maddələrin tədarükü üçün "Rosneft”dən 1 milyard dollar məbləğində avans alıb.
Avansın faizi ilə birlikdə 6 milyard dollara çatdığını bildirən "Rosneft”, 2019-cu ilə qədər bu məbləğin geri ödəniləcəyini qeyd edib.
Qeyd edək ki, hazırda Venesuelada siyasi qeyri-sabitlik hökm sürür.



