Rubio Münxendə Zelenski ilə görüşməyi planlaşdırır
Fevral 13
08:59
2026
ABŞ Dövlət katibi Marko Rubio Münxen şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırdığını bildirib.
"Report" xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin rəhbəri bu barədə Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Avropaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Rubio həmçinin vurğulayıb ki, Macarıstan və Slovakiya nümayəndələri ilə bu ölkələrin Rusiya enerji resurslarının idxalını dayandırmasını müzakirə etmək niyyətindədir.



