Rubio Respublikaçılar Partiyasından prezidentliyə növbəti namizədin adını açıqlayıb

Oktyabr 06
07:43
2025
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından növbəti prezidentliyə namizəd olacaq.
"Report"un məlumatına görə, bu fikri ABŞ dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rubionu prezident postunun mümkün varisi kimi göstərib.
"İnanıram ki, vitse-prezident Vens namizəd olmaq qərarına gəlsə, respublikaçıların növbəti namizədi olacaq", - Rubio əlavə edib.