SON XƏBƏR

Rumın prezident baş nazirin türk olmasına izn vermədi

Dekabr 27
15:53 2016
Rumıniya Prezidenti Klaus Yohannis əslən Krım tatarı olan Sevil Şaidənin baş nazir postuna namizədliyini rədd edib.
 
Bu barədə informasiyanı Yohannisin özü jurnalistlərlə mətbuat konfransı zamanı söyləyib. O, Şaidənin namizədliyini niyə rədd etməsinə aydınlıq gətirməyib.
 
Rumıniya mətbuatı isə Şaidənin namizədliyinin rədd edilməsinə əsas səbəb kimi onun həyat yoldaşının Suriyada Əsəd rejimini dəstəkləməsini göstərib. Belə ki, Şaidənin həyat yoldaşı Əkrəm Şaidə 1988-2010-cu illərdə Suriyanın Kənd Təsərüffatı Nazirliyində çalışıb.(Axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook