SON XƏBƏR

Rumıniya prezidenti Azərbaycana səfər edəcək

Fevral 01
22:10 2023
Rumıniya Prezidenti Klaus İohannis 2023-cü il fevralın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Trend-in verdiyi məlumata görə, səfər çərçivəsində Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının nazirlər iclasının açılışı planlaşdırılır.

Eyni zamanda səfər zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji və nəqliyyatın inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara diqqət yetiriləcək.

Rumıniya prezidenti həmçinin enerji, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etməyi planlaşdırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook