SON XƏBƏR

Rumıniyada hərbi maşın dərəyə aşıb, ölən və yaralananlar var - VİDEO

İyun 30
05:56 2017
Rumıniyanın Argeş rayonunun Valea Urdei yaşayış məntəqəsi yaxınlığında hərbçiləri daşıyan maşın qəzaya uğrayıb.
 
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Cincu yaşayış məntəqəsi yaxınlığındakı poliqondan Campulung rayonuna kolonla gedən 4 maşından sonuncusu, içərisində 13 hərbçinin olduğu nəqliyyat vasitəsi 40 metrlik hündürlükdən dərəyə aşıb.
 
Hadisə yerinə gələn xilasedicilər 10 hərbçinin həyatını xilas ediblər. Qəza nəticəsində həlak olan 3 hərbçidən birinin – sürücünün cəsədi çıxarılıb. Digər iki meyitin maşından çıxarılması istiqamətində işlər davam edir. Yaralılar Braşov və Campulung rayonlarındakı mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır olan 6 hərbçi isə paytaxt Buxarestin Floreasca xəstəxanasına gətiriləcək.
 
Faktla bağlı araşdırma aparılır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook