SON XƏBƏR

Rusiya ABŞ-la imzaladığı memorandumu ləğv etdi

Aprel 07
13:24 2017
Ötən gecə ABŞ hərbi gəmilərinin Suriya ərazisinə endirdiyi raket zərbələrindən sonra Rusiya Suriyayla bağlı ABŞ-la imzaladığı memorandumu dayandırıb.
 
Aznews.az xəbər verir ki, memorandumun fəaliyyətinin dayandırılması ilə bağlı bu gün Rusiya XİN bəyanat yayıb. Bəyanatda deyilir: "Rusiya Suriyadakı əməliyyatlarda uçuşların təhülkəsizliyinin təmin edilməsi və insidentlərin qarşısının alınması ilə bağlı ABŞ-la imzaladığı memorandumun işini dayandırıb.”
 
Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki "Şəyrat” hərbi bazasına raket zərbələri endirib. Nəticədə, 6 Suriya hərbçisi həlak olub. Rəsmi Vaşinqton İdlibə kimyəvi silahın məhz bu bazadan atıldığı qənaətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook