SON XƏBƏR

Rusiya aviasiyası Suriyada İŞİD-ə məxsus zirehli texnika karvanını məhv edib

Sentyabr 03
00:40 2017
Rusiya aviasiyası Suriyada İŞİD-ə məxsus iri zirehli texnika karvanını məhv edib. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İŞİD texnikasının məhv etdirilməsini əks etdirən video Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc olunub.

Məlumata görə, Rusiya aviasiyası Suriyanın Deyr-ez-Zor əyalətində iki sutka ərzində İŞİD-ə məxsus 30 ədəd texnika məhv edib.

Suriya hökumət qüvvələri bu arada əyalətin inzibati mərkəzi olan Deyr-ez-Zor şəhəri istiqamətində uğurla irəliləməkdə davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook