SON XƏBƏR

"Rusiya Avrasiyanın ən azı yarısında vəziyyəti gərginləşdirməyə hazırdır" - Marqvelaşvili

İyun 10
14:50 2016
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib ki, Rusiya ona lazım olduğu təqdirdə Avrasiya qitəsinin ən azı yarısında vəziyyəti gərginləşdirməyə hazırdır.

Avropa.info xəbər verir ki, o bu barədə "Euobserver” nəşrinə müsahibə verib. 

Gürcüstan prezidentinin sözlərinə görə, Ukraynanın şərqində müharibə göstərdi ki, Rusiya regionda öz təsirini saxlamaq üçün üçün dondurulmuş münaqişələrdən istifadə edir. 

O, deyib ki, gələcək münaqişənin harada baş verəcəyini öncədən görməyə ehtiyac yoxdur. Bu halın qarşısını almaq üçün regionda effektli xəbərləşmə sistemini daxil etmək lazımdır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook