Rusiya Bəşər Əsəddən imtina edir
Noyabr 04
10:40
2015
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Bəşər Əsədin hakimiyyətdə qalmasının Moskva üçün prinsipial məsələ olmadığını bildirib.
Rus diplomata görə, Əsədin gələcəyi haqda Suriya xalqı özü qərar verməlidir:
"Biz heç vaxt Əsədin hakimiyyətdə qalmasını şərt kimi səsləndirməmişik. Əsədin gələcəyi haqda Suriya xalqı özü qərar verməlidir. Biz Əsəd "getsin” və ya "qalsın” deyə bir şərt irəli sürmədik.



