SON XƏBƏR

Rusiya husi bazalarına hücumlara görə BMT TŞ-nin təcili iclasını tələb etdi

Yanvar 12
11:35 2024
Ukraynaya qarşı müharibə aparan Rusiya Federasiyası ABŞ və Böyük Britaniya hərbçilərinin Yəməndəki husi bazalarına hücumları ilə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Telegram-da Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat https://t.me/russiaun/4306  yayıb.

"Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də təcili iclasının keçirilməsini tələb edib”, - məlumatda deyilir.

Rusiya Federasiyasının BMT yanında Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının yanvarın 12-də keçirilən iclasında Yaxın Şərqdəki vəziyyətin, o cümlədən "Fələstin məsələsi”nin müzakirəsi və Yəmənə hücumlarla bağlı açıq brifinq elan edib.

Bundan əvvəl ABŞ və İngiltərə Yəməndə husi üsyançıları ilə əlaqəli hədəflərə zərbələr endirib. Bu, İranın dəstəklədiyi qrup keçən ilin sonlarında Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi hədəf almağa başladıqdan sonra ona qarşı ilk zərbələrdir.

Qırmızı dənizdə gəmiçiliyi Yəmən husilərindən qorumaq üçün yaradılan ölkələrin koalisiyası Husilərə qarşı zərbələri qanuni özünümüdafiə adlandıran birgə bəyanat yayıb.

Məlumatına görə, Yəməndə hərbi baza, aviabaza, aerodromlar və hava limanı vurulub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook