SON XƏBƏR

Rusiya Kiyevə 10 “İskəndər” raketi atıb

İyun 01
09:23 2023
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura "İskəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook