SON XƏBƏR

Rusiya Kiyevi "İskəndər"lə vurdu, qəlpələri Azərbaycan səfirliyinə düşdü

Noyabr 14
12:28 2025
Rusiyanın ötən gecə Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Rusiya ordusunun hücumu nəticəsində dörd nəfər həlak olub və onlarla sakin yaralanıb:

"Yaralılar arasında uşaqlar və hamilə qadın da var. Zərbələr zamanı ümumilikdə təxminən 430 dron və 18 raket, o cümlədən ballistik və aero-ballistik sursatlar istifadə olunub.Hücumlar mülki əhalini və infrastruktur obyektlərini maksimum ziyan vurmaq məqsədi ilə planlaşdırılıb. Təkcə Kiyevdə onlarla çoxmərtəbəli bina zədələnib. "İskəndər" raketinin qəlpələri Azərbaycanın Kiyevdəki səfirliyinə də zərər vurub".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook