SON XƏBƏR

Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir

Mart 13
09:35 2023
"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb edir”.

"Report” cəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, böyük şəxsi heyətin itkiləri fonunda Rusiya alternativ canlı qüvvə axtarır:

"Ölən məhbusların qatarlarlarla Donetsk vilayətinə doğru hərəkəti qeyd edilib. Vaqonlardan birində məhkum qadınlar var".

Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində düşmənin zenit-raket kompleksinə, eləcə də qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 zərbə endirib:

"Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, həmçinin 2 döyüş sursatı anbarına və yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook