SON XƏBƏR

Rusiya məşhur 7-ci idarəsini Türkiyəyə göndərir

Dekabr 21
11:14 2016
Türkiyə hakimiyyəti 10 ildən çox müddət ərzində rusiyalı diplomatların mühafizəsini "Zaslon” xüsusi təyinatlı bölməsinin (Xarici Kəşfiyyat Xidmətinin 7-ci idarəsi – red.) təşkil etməsinə izn verməyib.
 
Bu sözləri "Rosbalt” agentliyinə açıqlamasında bölmənin adını çəkilməsini istəməyən əməkdaşlarından biri söyləyib. O, hazırda rəsmi Ankaranın "Zaslon” xüsusi təyinatlılarının Türkiyəyə geri göndərilməsi barədə məsələni yenidən gündəmə gətirdiyini bildirib:
 
"Belə situasiyalarda səfirin arxasında və zalda bizim bölmənin adamları olmalı idilər. Üstəlik, Karlov zirehli maşında "Zaslon”un döyüşçüləri ilə birgə hərəkət etməli idi. Karlovun belə bir müdafiəsi yox idi və bu da bizim günahımız deyil. Bizim Türkiyədəki səfirlərin həyatına təhdid 10 il bundan əvvəl başlayıb. O zaman Şimali Qafqazdan çoxlu sayda döyüşçülər Türkiyəyə gəlirdi. Onlardan bizə qarşı konkret təhdidlər var idi. Sonradan bu sıraya müxtəlif terror və ekstremist təşkilatlar da əlavə edildi. Həmin ərəfədə diplomatları "Zaslon”un qoruması fikri ortaya atılsa da, Ankara buna izn vermədi. "Zaslon” döyüşçüləri böyük silah arsenalı ilə Türkiyəyə gələcəkdilər. Bunun içərisində zirehli avtomobillərdən müxtəlif aparatlara qədər hər şey olacaqdı. Türkiyə öz ərazisində Rusiyadan olan silahlı insanların mövcudluğunu istəmirdi. Burada söhbət o qədər də çox olmayan döyüşçüdən gedirdi. Karlovun ölümündən sonra türklər özləri bu məsələni gündəmə gətiriblər. Bizim döyüşçülər o qədər də çox ölkədə yoxdur. Onlar daha çox İraq, Suriya, Əfqanıstan, Liviya, Yəmən və digər ölkələrdə fəaliyyət göstərirlər”.
(Axar.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook