Rusiya möhtəşəm silahını Çinə və Hindistana verdi
Fevral 14
15:31
2017
S-400 zenit raket sistemlərinə xaricdə böyük tələbat var.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Rostex” dövlət korporasiyasının beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov söyləyib. O, artıq bir çox ölkənin bu sistemlərə yiyələnmək istədiyini bildirib:
"Həqiqətən S-400-lərə dünya bazarlarında böyük maraq var. Bir çox ölkələr onu almaq istəklərini dilə gətirirlər, lakin bizim istehsal imkanlarımız sərhədsiz deyil. Rusiya hazırda Hindistana S-400-lərin tədarükü ilə bağlı rəsmi Dehli ilə danışıqlar aparır. Çinlə isə biz artıq bu mövzuda razılaşmışıq. Hazırda bu sistemlərin istehsalı prosesi gedir”.



