Rusiya: Neft istehsalçıları 20 Mart - 1 Aprel arası toplaşa bilər
Mart 05
17:06
2016
Rusiyanın energetika naziri Aleksandr Novak, neft istehsalçılarının 20 Mart - 1 Aprel arasındakı dövrdə toplanacağını bildirib.
Marja xəbər verir ki, Novak, dövlət televiziyası Rossiya 24-ə etdiyi açıqlamada, toplantının Rusiya, Doha və ya Vyanada ola biləcəyini deyib.
Novak, görüşün dəqiq vaxtının və yerinin məlum olmadığını sözlərinə əlavə edib.
Rusiyanın energetika naziri, "Görülməkdə olan işin bazara müsbət təsirinin olacağına inanırıq" - deyib.
Rusiyalı nazir, Rusiyanın neft istehsalçısı ölkələrin toplantısına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
NİGERİYA AÇIQLAMIŞDI
Xəbər verdiyimiz kimi Nigeriyanın neft naziri, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) aparıcı üzvlərinin, istehsalın dondurulmasına dair dair danışıqlara yenidən başlamaq üçün, 20 Martda Rusiyada digər neft istehsalçıları ilə görüşəcəyini açıqlamışdı.
Nigeriyanın Neft Mənbələri üzrə Dövlət Naziri Emmanuel Ibe Kachikwu, Cümə günü ölkəsinin paytaxtı Abujada etdiyi açıqlamada, iclas keçirilən zaman, "dramatik qiymət hərəkəti olacağını" demişdi.
Fevralın 16-da Dohada Səudiyyə Ərəbistanı, Rusiya, Qətər və Venesuela hədsiz təklif vəziyyəti ilə mübarizə aparmaq üçün digər istehsalçıların da iştirak etməsi vəziyyətində, istehsalı dondurmaq barədə razılığa gəlmişdilər. İran razılaşmanı "gülməli" kimi qiymətləndirmişdi.
Kachikwu, "Həm Səudiyyə, həm Ruslar, hamı yenidən masaya qayıdır" deyib və istehsalçıların ümumi olaraq xam neft qiymətlərinin barrelinin 50 dollar səviyyəsinə gəlməsini istədiyini sözlərinə əlavə etmişdi.
Xəbərin ardınca, Brent neftinin qiyməti 38,50 dollara çıxıb.
Qlobal.az



