SON XƏBƏR

Rusiya səfirini öldürənin rus qadınla müəmmalı yazışmaları ortaya çıxdı

Mart 06
10:43 2017
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümü ilə bağlı aparılan araşdırmada yeni məlumatlar əldə edilib.
 
Milli.az bildirir ki, onun qatili Mövlut Mert Altıntaşın noyabr ayı boyunca Yekaterina B. adlı rus qadınla telefonla danışdığı məlum olub. Yekaterina B. saxlanılıb. Onun ifadəsi alınıb.
 
Yekaterina Mövlüt Mert Altıntaş ilə görüşmədiyini, sadəcə, "WhatsApp"la yazışdığını etiraf edib. O bildirib ki, iki məşhur internet saytı vasitəsi ilə Rusiyadan gətirdiyi qadınları Ankaradakı 5 ulduzlu otellərdə biznesmenlərə "satıb".
 
O, ifadəsi alındıqdan sonra məhkəmənin qərarı ilə həbs olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook