Rusiya səfirinin Türkiyədə qətlinə cavab veriləcək – Putin
Dekabr 20
00:20
2016
Rusiya Prezidenti Vladimir Putin Türkiyədəki səfir Andrey Karlovun Ankarada sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı səfirin ailəsinə və yaxınlarına başsağlığı verib.
Axar.az xəbər verir ki, Putin baş verən hadisəni provokasiya, Rusiya və Türkiyə arasındakı xoş münasibətə və Suriya münaqişəsinin nizamlanmasına qarşı addım adlandırıb.
Putin həmçinin bildirib ki, Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsinin cavabı terrorla mübarizənin gücləndirilməsi olmalıdır.
Ankarada qətlə yetirilən səfirə dövlət müfafatı verilməsi ilə bağlı da Rusiya prezidenti göstəriş verib.



