SON XƏBƏR

Rusiya SSRİ-nin 1,7 milyard dollarlıq borcunu qaytardı

May 21
09:59 2016
Rusiya Küveytə sovet dövrünün borcunu ödəmə prosesini başa çatdırıb.
 
Rusiya Küveytə ümumilikdə 1,7 milyard dollar ödəyib. Maliyyə Nazirliyinin məlumatına görə, 1991-ci ildə SSRİ tərəfindən Küveytdən alınan 1,1 milyard dollar borcdan əlavə Rusiya 620 milyon dollar ödəniş edib. Nazirlik bildirir ki, 1,1 milyard pulla ödənilib, qalan hissə isə Rusiya istehsalı olan yüksək texnoloji məhsulla əvəzlənib. Borcun bu formada ödənilməsi ilə bağlı razılıq 2006-cı ildə əldə edilib.
 
Rusiya bundan əlavə SSRİ-nin Koreya Respublikası, Makedoniya, həmçinin Bosniya və Herseqovina qarşısında borc öhdəliklərini də yerinə yetirməlidir(azərtac).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook