Rusiya Türkiyə ilə bağlı qərardan geri çəkildi
May 16
21:54
2016
Rusiyanın "Rosselxodnadzor” qurumu Türkiyədən kənd təsərrüffatı məhsullarının idxalını qadağan edən qərarı ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə "Rosselxodnadzor”un sədr müavini Yuliya Şvabauskene deyib.
"Bu gün təşkil etdiyimiz toplantıda Türkiyədən idxal olunan bütün kənd təsərrüfatı məhsullarına qadağanın tətbiq edilməsindən imtina etdik. Türkiyədən müsbət cavablar aldığımız üçün hələlik radikal qərar qəbul etmədik. Lakin 19 maydan etibarən zərərverici həşərat səbəbindən balqabağın gətirilməsi qadağan ediləcək. Digər idxal olunan malların isə keyfiyyətinə baxılacaq. Normalara cavab verməsə, geri göndəriləcək”, - Şvabauskene bildirib.

Qlobal.az