SON XƏBƏR

Rusiya: “Türkiyə ilə münasibətlər bir neçə günə düzəlməyəcək”

İyun 28
18:53 2016
Kreml Türkiyə prezidentinin üzrxahlıq məktubundan sonra "Rusiyanın Türkiyə ilə münasibətlərini bir neçə günə düzəltməyəcəyini” bildirib.
 
Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda vurulmuş Rusiya təyyarəsinin pilotunun ailəsindən üzr istəyib.
 
Cənab Putinin sözçüsü Dmitri Peskovun bildirdiyinə görə, bundan sonra atılacaq addımlar münasibətləri normallaşdırmaq istiqamətində olmalıdır.

Cənab Erdoğanla Putinin Rusiya təyyarəsinin vurulmasından sonra ilk dəfə sabah telefonla məsələləri müzakirə edəcəyi gözlənilir.
 
Rusiya baş nazirinin müavini Olqa Qolodets isə Türkiyə ilə turizm əlaqələrinin yenidən başlanmasının hazırda Rusiya hökumətinin gündəmində olmadığını deyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook