"Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək” - Türkiyə PA
Yanvar 06
11:56
2023
"Görünür, Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək”.
"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.
O bildirib ki, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir: "Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”.



