SON XƏBƏR

Rusiya və ABŞ prezidentləri Peruda görüşüblər

Noyabr 21
00:58 2016
Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Barak Obama arasında qısa görüş olub.
 
AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
O bildirib ki, Sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birini salamlayıb, aralarında qısa söhbət olub.
 
Qeyd edək ki, Lima Sammiti Barak Obamanın ABŞ Prezidenti kimi iştirak etdiyi son beynəlxalq tədbirdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook