Rusiya Xəzər suitiləri üçün reabilitasiya mərkəzi yaradacaq
Dekabr 29
03:07
2022
Rusiyanın "Kompas” Ekoloji Təşəbbüslərə Dəstək və İnkişaf Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin mühafizəsi üzrə kompleks proqram yaratmağı planlaşdırır.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.
Fondun mətbuat xidmətindən bildiriblər ki, heyvanların xilası üçün tədbirlərdən biri reabilitasiya mərkəzinin açılması olacaq.
"Kompas” Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin tədqiqi və mühafizəsi üzrə kompleks proqramın hazırlanmasına başlayıb. Ekoloqlar və alimlər "Qırmızı kitab”ın Xəzərin ekosistemində mühüm rol oynayan bu canlılarının populyasiyasının azalmasının qarşısını almaq niyyətindədirlər. Layihə çərçivəsində xəstə və yaralı suitilərin balıq ovu torları ilə çatdırılacağı reabilitasiya mərkəzinin yaradılması planlaşdırılır”, - məlumatda deyilir.



