SON XƏBƏR

Rusiya XİN: Ankara şərtlərimizə reaksiya vermir

İyun 17
23:07 2016
"Ankara Rusiyanın əlaqələrin normallaşması üçün irəli sürdüyü şərtlərə reaksiya vermir”.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
"Bu məsələdə hər hansı irəliləyiş görmürük”, - deyə o vurğulayıb.
 
M. Zaxarova həmçinin qeyd edib ki, Türkiyə rəhbərliyinin Rusiya liderlərinə ismarıclarında hansısa məzmunlu elementlər olmayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook