SON XƏBƏR

Rusiya XİN başçısı: "MDB məkanında bütün münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır"

İyun 15
17:29 2016
"MDB məkanında bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır". 
 
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxışında bildirib. 
 
Nazir deyib ki, bu, həmçinin Ukraynadakı böhrana, Dnestryanı problemə və Dağlıq Qarabağ münaqişəsinə aiddir: "Ən əsası tərəflər əldə olunan razılaşmalara hörmətlə yanaşmalı və onlara yenidən baxılmasına imkan verməməlidirlər". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook