SON XƏBƏR

Rusiyada azərbaycanlıların bazarında 4 milyonluq əməliyyat VİDEO

İyun 21
13:56 2016
Rusiyanın Yekaterinburq şəhərində yerləşən 4 saylı meyvə-tərəvəz bazarında əməliyyat keçirilib. Yerli KİV-in məlumatına görə, bazarda keçirilən əməliyyat zamanı soğan dolu yük maşınından  25 kiloqram heroin aşkarlanıb.
 
Məlumata görə, qara bazarda dəyəri 4 milyon dollar olan heroini Yekaterinburqa kimin sifarişiylə gətirilməsi araşdırılır. Yük maşınını sürücüsü saxlanılsa da, o, ilkin ifadəsində maşınında heroin olduğunu bilmədiyini deyib.  Xatırladaq ki, adıçəkilən bazar azərbaycanlıların nəzarətində olan obyektdir. Bazarın qeyri-rəsmi sahibi isə Azər Piriyev adlı azərbaycanlıdır. Onun hazırda harada olduğu isə bilinmir (Lent.az).
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook