Rusiyada qubernator bıçaqlanıb
![](https://qlobal.az/photo/680x365/2024-04/1712296887_f5116c85-5cb6-4c61-a28d-26c292eeec11.jpg?1722058879)
Aprel 05
10:01
2024
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.
"Report” xəbər verir ki, bu barədə TASS-a region rəhbərinin mətbuat xidmətindən bildirilib.
"Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, – agentliyə açıqlanıb.
Qeyd olunub ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.