Rusiyada təyyarə biletlərinin qiyməti kəskin artıb
![](https://qlobal.az/photo/680x365/2024-03/1711348785_7e616091-c775-4a06-83ca-e952076ea0bd.jpg?1722074330)
Mart 25
10:39
2024
Bu ilin ilk iki ayında Rusiya daxilində uçuşlar üçün aviabiletlərin orta qiymətləri əhəmiyyətli dərəcədə artıb.
"Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistika Xidmətinin verilənlərindən məlum olub.
Belə ki, yanvarda artım illik ifadədə 33,9 % təşkil edib, fevralda isə sürətlənib – qiymətlər artıq 42 % artaraq ekonom sinifdə min km uçuş üçün 7 244 rubla (134 AZN) çatıb.
Fevral ayının orta qiyməti 2022-ci ilin pik aviasiya mövsümündəki qiyməti artıq üstələyib (həmin ilin iyulunda min km uçuş üçün qiymət 6 621 rubla (122 AZN) yüksəlmişdi). Nəşr vurğulayıb ki, ənənəvi olaraq yay aylarında tələbat artdığı üçün biletlər bahalaşır. Məsələn, ötən ilin iyul ayında uçuşun orta qiyməti min km üçün 7 638,95 rubl (141 AZN) təşkil edib.