Rusiyadan etiraf: “2014-də Krıma…”
May 20
07:54
2016
Rusiya Krımı anneksiya edən zaman yarımadaya əlavə olaraq 9 min hərbçi göndərib.
Axar.az xəbər verir ki, bunu jurnalist Tim Sebastiana müsahibəsi zamanı Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov söyləyib. Onun sözlərinə görə, 2014-cü ilin martına qədər rus hərbçilərinin Krımda mövcudluğu tam qanuni olub:
"Rusiya və Ukrayna arasında 1997-ci il sazişinə əsasən, Rusiya Sevastopolda donanma və Krımda 25 min hərbçi saxlamaq imkanı qazanıb. Anneksiyaya qədər yarımadada 16 min hərbçi vardı. Biz daha sonra buraya 9 min hərbçi göndərdik”.
Qeyd edək ki, Krım Ukrayna ərazisidir və 2014-cü ilin martında Rusiya tərəfindən qanunsuz anneksiya olunub.

Qlobal.az