SON XƏBƏR

Rusiyalı olimpiaçıların sosşəbəkələri və Z simvollarından istifadələri yoxlanılacaq - BOK

Mart 29
17:35 2023
Daha əvvəl məlum olub ki, BOK İcraiyyə Komitəsi Rusiya və Belarusdan Ukraynaya qarşı müharibəni dəstəkləməyən idmançıların Olimpiadada iştirakına icazə verilməsini tövsiyə edib. Onların neytral bayraq altında çıxış edə biləcəkləri güman edilir. Bu, sadəcə olaraq, BOK-un son müzakirələrdən irəli gələn tövsiyəsidir və rəsmi qərar daha sonra veriləcək. Lakin vurğulanır ki, Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakından söhbət getməyib. Bu məsələ də sonra müzakirə olunacaq.

Qaynarinfo xəbər verir ki, "Insider” BOK-a Rusiya və Belarus idmançılarının Olimpiadada iştirakına icazə veriləcəyi təqdirdə hansı meyarların nəzərə alınacağı ilə bağlı sorğu göndərib. 

Təşkilat aşağıdakı cavabı göndərib:

"Bütün müvafiq hallar, xüsusən də ictimai bəyanatlar, o cümlədən sosial mediada edilənlər, müharibə leyihə nümayişlərdə və ya tədbirlərdə iştirak, Z simvolu kimi Ukraynada müharibəni dəstəkləyən hər hansı simvolun nümayişi nəzərə alınmalıdır.

Bu meyarların izahının razılaşdırılmasını təmin etmək üçün Beynəlxalq İdman Federasiyaları qərarlar qəbul etmək üçün öz assosiasiyalarının (Beynəlxalq Yay və Qış Olimpiya Federasiyaları Assosiasiyası, BOK tərəfindən tanınan Beynəlxalq İdman Federasiyaları Assosiasiyası) himayəsi altında vahid müstəqil komitənin yaradılmasını nəzərdən keçirməlidir”.

Xatırladaq ki, BOK yanvarın sonunda Rusiya və Belarus idmançılarının yarışlara buraxılması ilə bağlı təkliflə çıxış edib. Söhbət antidopinq qaydalarına əməl edən və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməyənlərdən gedir. Ukrayna prezidenti Volodimir Zelenski buna qarşı çıxıb və Rusiyanın Paris Olimpiadasında iştirakının "zorakılıq aktı” olacağını deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook