SON XƏBƏR

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları xəsarət alıb - Bomba partlayışı nəticəsində

Mart 11
07:21 2026
Rusiyanın İrandakı konsulluğunun bir neçə əməkdaşı bomba partlayışı nəticəsində yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub.

Konsulluq binasına hücum zamanı baş vermiş partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub.

Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook