SON XƏBƏR

"Rusiyanın Qara dəniz donanması böyük itkilər verib" - NATO Baş katibi

Fevral 14
15:47 2024
"Ukraynalılar Rusiyanın Qara dəniz donanmasına böyük itkilər verdirib".

APA xəbər verir ki, bunun NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçirləcək iclasından əvvəl mətbuat konfransında deyib.

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevin daha bir Rusiya hərbi gəmisini məhv etdiyini qeyd edərək Ukraynanın Qara dənizdəki son əməliyyatlarını "böyük nailiyyət" adlandırıb.

"Ukraynalılar Rusiyanın Qara dəniz donanmasına böyük itkilər verə biliblər. Və bu, ukraynalılar üçün böyük nailiyyət, böyük qələbədir", o deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook