SON XƏBƏR

Ruslar Hitlerin gizli bazasını 72 ildən sonra tapdılar

Oktyabr 22
23:17 2016
Rusiyalı alimlər Şimal qütb bölgəsində II dünya müharibəsindən qalma, almanlara aid gizli  hərbi baza aşkarlayıblar. 

Moderator.az xəbər verir ki, Şimal qütbündən 1000 km uzaqlıqdakı Aleksandra Land adasında aşkarlanan baza  nasist qüvvələrinin Rusiyaya hücum etməsindən 1 il sonra, 1942-ci ildə salınıb. 

Mütəxəssislərin sözlərinə görə, almanlar stansiyaya "Xəzinə ovçusu” şifrə adını veriblər.  Gizli baza taktiki hava vəziyyətini araşdırmaq məqədilə fəaliyyət göstərib.  

Rus alimlərinin fərziyyələrinə əsasən, hərbi bazadakı əsgər və zabitlər 1944-cü ildə qütb ayısının ətini yedikdən onra zəhərləniblər. Bəzilərinin həyatını həmin hadisədən sonra qurtarmaq mümkün olmayıb. Məhz bundan sonra bütün heyət bazanı tərk edib, beləliklə də, "Xəzinə ovçusu” tamamən unudulub. 

Ruslar okeanın ucqarlarında olan həmin bazada kəskin şaxtalara baxmayaraq 500-ə qədər əşyanın salamat qaldığını müəyyən ediblər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook