SON XƏBƏR

Rusların yalnız 6%-i Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

May 12
12:22 2016
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi İnstitutu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sadə rusların fikirlərini öyrənib.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəyi soruşulanların 72%-i münaqişə barədə eşitdiklərini deyib.
 
Onların 71%-i münaqişənin sülh yolu ilə, 15%-i isə müharibə yolu ilə həll oluna biləcəyini düşünür.

Rusiya sakinlərinin 44%-i ölkələrinin münaqişədə vasitəçi olmasını düşünür.
 
Nəticələrə əsasən, rusların 35%-i Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını, 9%-i Ermənistanın tərkib hissəsi olmasını, 6%-i Azərbaycana birləşdirilməsini istəyir.
 
Daha 18% respondent isə Qarabağın Rusiyanın taleyində heç bir rol oynamadığını deyib.
 
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi İnstitutu 46 regionun 130 yaşayış məntəqəsində 1600 nəfərdən sorğu keçirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook