Rüşvətin həcmi 75% artıb
Mart 16
17:38
2017
2016-cı ildə Rusiyada rüşvətin orta həcmi 328 min rubl (5548 dollar – red.) olub.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Andrey Kurnosenko söyləyib.
O, bu həcmin 2015-ci illə müqayisədə 75% çox olduğunu bildirib. Kurnosenko çox zaman rüşvət verilməsi hallarını sübut etməyin çətin olduğunu söyləyib.



