SON XƏBƏR

Rövnəq Abdullayevlə Anar Əlizadənin neft ticarəti - Milyonlar hara gedir?

Oktyabr 18
00:48 2025
Bu yaxınlarda, daha doğrusu Adnan Əhmədzadənin sensasion həbsindən təqribən iki həftə sonra Anar Əlizadənin ölkəni tərk etməsi ilə bağlı yerli mətbuatda məlumat yayıldı.

Məlumatda qeyd edilirdi ki, neft satışı ilə məşğul olan Adnan Əhmədzadənin cinayət işi üzrə dindirildiyi deyilən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qohumu Anar Əlizadənin ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb. Həmçinin məlumatda belə bir iddia da səsləndirilirdi ki, Adnan Əhmədzadə ittiham olunduğu cinayətlərə görə vaxtilə ona kuratorluq etmiş Anar Əlizadəni günahkar bilib və ondan hesab tələb olunmasını bildirib. Məhz Adnan Əhmədzadənin bu ifadəsinə görə Anar Əlizadənin istintaq tərəfindən dindirildiyi vurğulanıb.

Bəs kimdir, Adnan Əhmədzadəyə kuratorluq edən və xaricdə, xüsusən neft bazarında SOCAR-ın kölgə baş meneceri kimi tanıtıma sahib olan Anar Əlizadə?

Qeyd edək ki, Anar Əlizadə medianın diqqətini 2010-cu illərdən cəlb etməyə başlasa da, əlaltısı Adnan qədər gurultulu kübar həyatı ilə diqqəti cəlb etməyib. Onun adı bir çox qalmaqallarda hallansa da, Anar Əlizadə heç bir vaxt cah-cəlallı həyatını başqalarının gözünə soxmayıb və şəxsi həyatını kölgədə saxlamağa nail olub. 

Qeyd edək ki, Anar Əlizadə Rövnəq Abdullayevin SOCAR prezidentliyi dönəmində Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudiyyə Ərəbistatınnda öz şirkətlərini quraraq tranzit marşurutlar yaratmağı bacarmış biridir və o, öz güclü mövqeyini hələ də qoruyub saxlamaqdadır. Mediada dərc olunan məlumatlara əsaslanaraq, deyə bilərik ki, Anar Əlizadə Rusiya ilə də ciddi əlaqələrə sahib olan iş adamı kimi tanınır. Lakin belə görünür ki, Adnan Əhmədzadədən fərqli olaraq o, öz ölkəsinin maraqlarına ziyan vurmayıb...

Anar Əlizadənin kimliyinə gəlincə, bu şəxs dünyanın bir çox ölkələrində çoxsaylı şirkətlərin sahibidir və sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin görünməz əli və gizli kassası rolunu oynayır. 

Bəs bir zamanlar SOCAR-da çalışan bir gəncin birdən-birə neft maqnatına çevrilməsi necə baş verib? 

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan neft ölkəsi kimi Avropanın bir neçə ölkəsinə neft və qaz satmağa başladı. Bu işdə o dövrdə SOCAR prezidenti olan Rövnəq Abdullayevin xaricdə neft ticarətinə girişməsi üçün münbit şərait yaratdı. Sabiq SOCAR prezidenti özünün yaxın qohumlarından və dostlarından biri olan Anar Əlizadəyə yeni missiya tapşırdı və seçimində də yanılmadı. Çox tez bir zamanda Anar Əlizadə Rövnəq Abdullayevin gözləntilərini artıqlaması ilə doğrultdu. Bu missiya neftin müxtəlif yolarla keyfiyyətli Azərbaycan neftini daha bahalı bazara sahib olan Avropaya çatdırlması idi. Bu işin öhdəsindən isə qısa zamanda Anar Əlizadə ugurla gələ bildi. 

Məlumat üçün bildirək ki, Anar Əlizadə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev isə uzun müddət SOCAR-ın Neft Emalı zavodunda Qaz sektorunun müdiri olub. Anarın qardaşı Bədəl isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə baş menecer vəzifəsində çalışıb.

2010-cu ilin birinci yarısında Anar Əlizadə yaxın qohumu Rövnəq Abdulayevdən aldığı təlimat əsasında Azərbaycan neftinin İtaliya bazarına çıxarılmasına nail olur. Bu marşurut sözsüz ki, gənc kadr olan Anar Əlizadəni ciddi bir fiqura çevirdi. Neft birbaşa olaraq İtaliya deyil, Ruminiyadan ötürülürdü. Bundan sonra isə bu neft qeyri-leqal yollarla İtaliya bazarına çıxarılırdı. Bir neçə il ərzində məhz bu yolla külli miqdarda vəsait əldə edən Anar Əlizadə daha sonra Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə və Səudiyyə Ərəbistatınnda öz şirkətlərini quraraq tranzit marşurutlar yaratmağı bacardı. Məhz bu yolla külli miqdarda Azərbaycan büdcəsinə zərbə vuruldu. Daha sonra isə marşurutların sayı da artdı və Anar Əlizadə nə qədər bacarıqlı biri olduğunu dəfələrlə sübut etdi. Bu baxımdan Adnan Əhmədzadənin həbsi ilə bağlı Anar Əlizadənin dindirilməsi də təbii idi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Anar Əlizadənin ölkəni tərk edə bilməsi isə onu deməyə əsas verir ki, Rövnəq Abdullayevin SOCAR-dakı şəbəkəsi həmin təxribatlarda iştirak etməyib. Mənmsəmlər haqqında isə bunu demək təbii ki, mümkün deyil...

Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook