SON XƏBƏR

Rövşən Sultanov Aysel Soltanovanı işdən çıxartdı

Aprel 11
16:09 2025
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

Qlobal.az "pravda.az"-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" publik hüquqi şəxsdə davam etdirəcək.

O, "Azerkosmos", "Baktelecom" və "Aztelekom" kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı.
 
ADY isə bu məlumat təkzib etmişdi.
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook