Röya qalmaqalı böyüyür: İcra başçısı heç qapısına gələn qaziləri...
Dekabr 31
10:31
2025
Sabiq deputat Etibar Hüseynov xalq artisti Röya Ayxanın Xətai rayon İcra Hakimiyyətində qarşılanması təntənəsini tənqid edib.
"Yeni Sabah” xəbər verir ki, o Xətai Rayon İcra Hakimiyyətində baş tutan görüşlə bağlı sosial şəbəkə hesabında tənqidi paylaşım edib.
Etibar Hüseynov paylaşımında Xalq artisti Röyanın Xətai Rayon İcra Hakimiyyətinə gəlişi zamanı ona göstərilən münasibəti ironiya ilə şərh edib. O bildirib ki, ilk baxışda Röyanı dünya ulduzu Ajda Pekkanla səhv salıb:
"Düzü əvvəlcə elə bildim Ajda Pekkandı, Bakıya gəlib, mənim xəbərim yox. Sonra gördüm ki, yox-bizim Röya imiş.
Daha sonra elə bildim ki, yəqin Röya hansısa uşaq evinə, pansionata gedib. Çünki əynində idman geyimi, ayağında krassovka var idi. Amma sən demə yenə də yanılmışam: Röya, Xətai İcra Hakimiyyətinə təşrif buyurubmuş.
Qlobal.az



