SON XƏBƏR

Saakaşvili azərbaycanlı naziri həbslə hədələdi

May 17
23:57 2016
Odessa Vilayət Administrasiyasının başçısı Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Dövlət Fiksal Xidmətinin (DFX) rəisi, azərbaycanlı Roman Nəsirovu Odessa gömrüyündə anti-korrupsiya layihələrinin qarşısını almaqda ittiham ediblər.

Virtualaz.org Ukrayna KİV-nə istinadən bildirir ki, onlar DFX rəisi ilə bağlı iradlarını baş nazir Vladimir Qroysmanın iştirakı ilə keçirilən İşçi müşavirə zamanı R.Nəsirovun üzünə deyiblər.

"Mən Gürcüstanın prezidenti olanda bu cür adamlar türmədə otururdular”, - deyə M.Saakaşvili R.Nəsirovu göstərərək bildirib.

Sonra o, baş nazir Qroysmana müraciət edərək Nəsirovu onsuz da həbs etdirəcəyinə inandığını deyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook