Saakaşvilinin xanımı deputat mandatından imtina etdi
Noyabr 08
15:20
2016
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deputat mandatından imtina edib. Məlumatı Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Anna Mikeldze verib.
"RİA Novosti” Anna Mikeladzenin sözlərindən sitat gətirir: "Sandra Rulofs həqiqətən də belə bir istəklə Mərkəzi Seçki Komissiyasına müraciət edib”.
Rulofs Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat” partiyasının siyahısında ikinci yerdə idi.
Xatırladaq ki, dünən Saakaşvilinin özü də Ukraynanın Odessa vilayətinin qubernatorluğu vəzifəsindən istefa verib. O, Odessanı dirçəltmək üçün əvvəlcə Kiyevdən başlamaq lazım gəldiyini bildirərək, mübarizəsinin yeni mərhələyə qədəm qoyduğunu bəyan eləyib.(Hurriyyet.org)



