SON XƏBƏR

Sabiq deputatın rəhbərlik etdiyi qurum qanun pozuntusuna görə məhkəməyə verildi

Sentyabr 06
10:35 2023
"Azərbaycan Sənaye Korporasiyası" ASC barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Qlobal.az Fed.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun icraatındadır.
 
Qeyd edək ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadədir. 
 
K.Nəbizadə 5-ci çağırış üzrə 107-ci dairədən Milli Məclisin deputatı olub. 
 
O, 2017-ci ildən "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə rəhbərlik edir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook